“Azərişıq”ın əməkdaşı şəhid oldu

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq”ın əməkdaşı şəhid oldu

Maraqlı

17 Dekabr 2020 14:07 1171


“Azərişıq” ASC-nin vətən müharibəsində döyüşən daha bir əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.

Bu barədə Yenisabah.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səhmdar Cəmiyyətin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Ağdaş Rayon Enerji Təchizatı və Satışı idarəsində sürücü kimi çalışmış Ağdaş rayonu Şıxlı kənd sakini 1995-ci il təvəllüdlü  Osmanov Əyyub Azər oğlu şəhid olub. Sezar pizza

Sentyabrın 29-da vətənin müdafiəsinə yollanan Ə.Osmanov Qubadlı şəhəri uğrunda olan döyüşlərdə qəhrəmanlıq göstərib. Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən qəhrəmanın nəşi ötən gün ailəsinə təhvil verilib.

Xatırladaq ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq işğal altındakı torpaqları azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında “Azərişıq” ASC-nin ümumilikdə 293 əməkdaşı iştirak edib, onlardan 6-ı şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!