Kürdəmir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Kürdəmir rayon Xırdapay kənd sakini, 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlu işıq dirəyində işləyərəkən onu elektrik cərəyanı vurub öldürüb. pizza
Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /report
Telegram kanalımız