“Azərişıq”ın işçisinin ölümü ilə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq”ın işçisinin ölümü ilə bağlı cinayət işi açıldı

Hadisə

10 Dekabr 2019 07:02 981


Kürdəmir Elektrik Şəbəkəsi ustasının faciəvi ölümü ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

"Yeni Sabah" bildirir ki, hazırda istintaq aparılır.

Qeyd edək ki, hadisə dekabrın 8-də rayonun Xırdapay kəndi ərazisində baş verib. Belə ki, həmin kənd sakini, 1968-ci il təvəllüdlü Əhliman Xəlilovu elektrik cəryanı vuraraq öldürüb. Məlumata görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) daxil olan Kürdəmir Elektrik Şəbəkəsində usta işləmiş Ə.Xəlilov saat 19 radələrində Xırdapay kənd ərazisində beton olan elektrik xəttini təmir edirmiş. Bu zaman onu elektrik cəryanı vurub və Ə.Xəlilov hadisə yerində ölüb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!