AzTU ERASMUS+KA2 layihəsinin icrasına başlayıb

saytların hazırlanması

Evə çatdırılma

AzTU ERASMUS+KA2 layihəsinin icrasına başlayıb

Sosial

04 Mart 2019 18:14 940


Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başlayıb.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru, professor Sübhan Namazov, Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva, Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fuad Daşdəmirov Avropa İttifaqının maliyələşdirdiyi və Polşa Texnologiya Universitetinin koordinatoru olduğu "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG)" Erasmus+ KA2 layihəsinin ilk toplantısında iştirak etmək  üçün 27-28 fevral 2019-cu il tarixində Polşada ezamiyyətdə olublar. 

Layihədə 6 ölkənin – Polşa, Almaniya, Fransa, Ukrayna, Azərbaycan və Türkmənistanın universitetləri iştirak edirlər. Layihənin icrasında Azərbaycandan beş tərəfdaş qurum təmsil olunur: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Nəqliyyat Agentliyi. Toyuqlu pizza

İki günlük toplantıda üç il davam edəcək layihənin məqsəd və vəzifələri, tərəfdaşların layihədəki yeri və rolu, layihənin sonunda əldə olunacaq nəticələr və təşkilati-idarəetmə mövzusunda çıxışlar olub. Tərəfdaş təşkilatların nümayəndələri, o cümlədən AzTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru Mərziyyə Ağayeva çıxış edərək, təmsil etdiyi universitet haqqında və layihə ilə bağlı görülən işlər barədə məlumat verib. 

Toplantının sonunda Azərbaycan Respublikasının Polşada Fövqaladə və Səlahiyyətli səfiri Həsən Həsənovun təşəbbüsü ilə nümayəndə heyəti Polşanın Varşava şəhərinin bir parkında iki görkəmli hərbçinin - azərbaycanlı Vəli bəy Sadıq bəy oğlu Yadigarov və polyak Maciej Sulejman Sułkiewicz adına ucaldılmış büstü ziyarət edib və həmin şəxslərin həyatı haqqında geniş məlumatlandırılıblar. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!