Bağlancağı deyilən “Expressbank”dan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bağlancağı deyilən “Expressbank”dan AÇIQLAMA

İqtisadiyyat

24 Sentyabr 2025 11:59 2429


Daha öncə xəbər verdiyimiz kimi, “Fitch” reytinq agentliyi Expressbank-ı yüksək riskli hesab edilən "B+" reytinqi ilə qiymətləndirib. Reytinq üzrə proqnozu isə "müsbət" yox "sabit" olaraq təsdiqləyib. “Fitch”in təsnifatına görə, B+ – “Highly Speculative” (yüksək riskli) kateqoriyaya düşür. Bu, defolt ehtimalının az olmadığını, amma hələ ki, borclunun ödənişləri həyata keçirə bildiyini göstərir.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan “Expressbank”ın mətbuat xidmətinin əməkdaşı Raziyə Axundzadə bildirib ki, bütün hesabat dövrlərində müvafiq dövrün nəticələri haqqında rəsmi məlumatı media qurumlarına təqdim edilir:

“Expressbank” olaraq, biz bütün hesabat dövrlərində müvafiq dövrün nəticələri haqqında rəsmi məlumatı media qurumlarına təqdim edirik. Həmçinin Bankın cari vəziyyəti haqqında dəqiq məlumatlar Expressbankın rəsmi sosial media hesablarında və veb-saytında yayımlanır. pizza

Eləcə də, “Fitch” reytinq agentliyinin də nəticələri açıqlandıqdan sonra biz yenə də ümumi vəziyyətlə bağlı detallı məlumatın yer aldığı xəbərimizi paylaşmışıq. Ümumilikdə isə hər bir bankın müsbət və mənfi göstəricilər ola bilər, bu o demək deyil ki, bankın bağlanma təhlükəsi var. Bununla bağlı bizim heç bir narahatlığımız yoxdur və müştərilərimizə xidmət göstərməyə davam edirik”.

“Expressbank”ın kredit və depozit portfellərinin başqa banklara yönləndirilməsi ilə bağlı iddialara da aydınlıq gətirib:

“Belə məlumatların kim tərəfindən və haradan yayıldığını bilmirik. Tövsiyə edirik ki, media qurumları bu məlumatları paylaşmazdan əvvəl bankın məsul nümayəndələri ilə dəqiqləşdirsinlər. Expressbank üçün ictimaiyyətin doğru və dəqiq məlumatla təmin olunması prioritetdir".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!