Bakı metrosunda qorxulu anlar -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda qorxulu anlar - Foto

Hadisə

15 Dekabr 2019 11:32 1129


Bu gün səhər saatlarında Bakı metropoliteninin "Azadlıq prospekti” stansiyasında 20-25 yaşlarında bir nəfər qatar relslərinin üstünə yıxılıb.  

"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Səməd Məlikzadə öz "Facebook” profilində yazıb. 

Jurnalist qeyd edib ki, bir anda iki gənc özünü ona tərəf atıb və oğlanı qatar keçən ərazidən götürüblər. Tezliklə "Dərnəgül” stansiyasından qatar gəlsə də, xoşbəxtlikdən ağır faciə baş verməyib.  Toyuqlu pizza

Relslərə yıxılan şəxs huşunu itirmiş halda olub.  

Ayıldıqdan sonra polis əməkdaşları onu müayinə üçün aparıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!