Bakıda ölüm hadisəsi baş verib.
"Yeni Sabah"ın APA-ya istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-ci il təvəllüdlü Cəbrayılov Mehman Teyyub oğlu yaşadığı evdə ölü tapılıb.
Meyitin ilkin müayinəsi zamanı M. Cəbrayılovun narkotikdən zəhərləndiyi məlum olub. pizza sifarişi
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Telegram kanalımız