Bakıda avtobus qəzası - 24 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobus qəzası - 24 nəfər yaralandı

Kriminal

28 Aprel 2019 01:37 4287


Bir qədər əvvəl Hava limanı avtomagistralında yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə  Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

O qeyd edib ki, kommunal xidmət avtomobili  avtobusla toqquşub: "Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 dövlət qeydiyyat nişanlı avtobusa dəyib. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib. Araşdırma aparılıb". pizza sifarişi

BNA rəsmisi deyib ki, ilkin məlumata görə hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub: "Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb".

ONA-nın məlumatına görə qəza zamanı 24 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!