Bakıda baş verən torpaq sürüşməsi: Ərazidə hansı təhlükə gözlənilir?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda baş verən torpaq sürüşməsi: Ərazidə hansı təhlükə gözlənilir?

Sosial

17 Oktyabr 2024 22:15 732


Oktyabrın 16-da Bakının Xətai rayonu, Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi baş verib.

Sakinlərin sözlərinə görə, hündürlükdə çoxsaylı evlərin tikilməsi torpağın yüklənməsinə səbəb olub. Eyni zamanda, ərazidə su xətləri və kanalizasiya borusu riski daha da artırır.

"Torpaq kütləsinin, onun üzərində olan qayaların gələcəkdə sürüşmə nəticəsində gəlməsi binaya, buradan keçən insanların həyatına ciddi təhlükə saçır. Proses illərdir gedirdi. Aidiyyəti qurumlara müraciət etmişik. Onlar hadisənin təhlükəli olduğunu bildirsələr də, tədbir görülməyib", - deyə sakin bildirib. Dominos pizza

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçmasının sürüşməyə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, ərazidə ciddi təhlükə yoxdur.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!