Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? - VİDEO

Sosial

28 Mart 2023 01:15 1379


“Xəzər Xəbər”in əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib.

Məlumata görə, əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandır.

Dənizkənarı bulvar idarəsinin  mətbuat katibi Könül İmamverdiyeva bildirib ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə alınmalıdır. pizza

Qurum rəsmisi onu da qeyd edib ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnamə əvvəldən axıra qədər oxunsa da, heç bir bənddə “jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar” müddəasına rast gəlinməyib.

Hüququqşünas Şamil Paşayev də təsdiqləyib ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş apamaq qanunla qadağan deyil.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!