Bakıda dəhşət: Sürücü avtomobili piyadalara çırpdı - Video 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşət: Sürücü avtomobili piyadalara çırpdı - Video 

Kriminal

09 May 2019 07:35 1341


Bakının Binəqədi rayonu ərazisində avtomobil 3 piyadanı vurub.

Hadisə DYP-nin Ekoloji Nəzarət postunun yaxınlığında qeydə alınıb.

Belə ki, Elyar Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə 3 piyadanı vurub.  Pepperoni pizza

Yaralılardan vəziyyəti ağır olan Rüfət Çobanov isə YPX müfəttişləri tərəfindən Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Xəsarətləri ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyib.

Onun qardaşı Rufan Çobanov və əmisi oğlu Əfqan Eldarov isə nisbətən yüngül xəsarət alıb. Hər iki şəxs 1 saylı Xəstəxanaya aparılıb.

ONA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!