Bakıda dəhşətli hadisə: İki nəfər qatarın altında qalıb öldü - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli hadisə: İki nəfər qatarın altında qalıb öldü - Video

Hadisə

30 Oktyabr 2024 20:59 1538


Oktyabrın 29-u axşam saat 10 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub.

Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar.

Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib. Dördpendirli pizza

Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib.

"Elektrovozun işığı yanmırdı, yansaydı görüb saxlayardı", - deyə Elməddin Fərzəliyevin əmisi bildirib.

Vətəndaşların iddiaları ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!