Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, qəza Kürdəxanı qəsəbəsində baş verib.
"Mercedes" markalı minik avtomobili 1993-cü il təvəllüdlü Əliyev Yasin Vaqif oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb. Yaralı xəstəxanaya yerləşdirilib. pizza hut
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. /APA
Telegram kanalımız