Bakıda intihara cəhd - Mənzilə görə özünü binadan atmaq istədi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda intihara cəhd - Mənzilə görə özünü binadan atmaq istədi

Hadisə

24 Dekabr 2019 11:50 1274


Bu gün paytaxtın Binəqədi rayonunda Nübar Kişiyeva hündürmərtəbəli yaşayış binlarının birindən ictimai diqqəti üzərinə yönəltmək üçün intihara cəhd göstərib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qadının intihara cəhdin qarşısı ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı və Fövqaladə Hallar Nazirliyinin müvafiq xidmətinin əməkdaşları tərəfindən alınaraq, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə təhvil verilib: “Bölmədə onunla profilaktiki söhbətlər aparılıb.”

Xidmət rəisi əlavə edib ki, N.Kişiyevanın ətrafında aparılan araşdırma zamanı onun intihara cəhd etməsinə səbəb, polislə yox, tikinti şirkətlərindən biri ilə aralarında yaranan mənzil mübahisəsinin məhkəmə iddiası ilə bağlıdır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!