Bakıda mağaza yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mağaza yandı - Video

Hadisə

19 Dekabr 2024 20:24 600


Bakının Nərimanov rayonunda mağaza yanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. pizza hut

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30 kvadratmetr olan musiqi alətlərinin satışı mağazasının anbarında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Yanğın nəticəsində mağazanın anbar hissəsində 6 kvadratmetr sahədə musiqi alətləri, 6 p.m. elektrik kabeli və 3 ədəd elektrik açarı yanıb.

Anbarın böyük hissəsi və mağaza yanğından mühafizə olunub", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!