“Bakıda maşını ehtiyatla sürürəm ki, lyuka düşərəm” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Bakıda maşını ehtiyatla sürürəm ki, lyuka düşərəm” - Deputat

Siyasət

27 Aprel 2019 01:59 1037


Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov bu gün Bakıda keçirilən "Formula 1” SOCAR Azərbaycan Qran Prisində  "Williams Racing” komandasının pilotu Corc Rasselin bolidinin drenaj lyukuna ilişərək qəzaya uğramasından danışıb. 

Deputat  bu hadisənin xoşagəlməz hal olduğunu söyləyib: "Bakıda "Formula 1" yarışlarınln keçirilməsi ölkəmizin inkişafından və müassirliyindən xəbər verir. Bu yarışın Azərbaycanda keçirilməsini alqışlayıram. Çünki "Formula 1" yarışları Azərbaycanı dünyaya tanıdır, ölkəmizə xeyli sayda turistlər gəlir. Turistlər gəlib Bakıda necə gözəlliklər yaradıldığına şahid olurlar. 

Ancaq bu cür mötəbər tədbirlərin keçirilməsinə bəzi qurumların laqeyd yanaşaraq, öz işlərinin öhdəsindən düzgün gələ bilməməsi təəssüf hissi yaradır. Mən dəqiq deyə bilmərəm ki, bu qəzada günahkarlar kimlərdir. Hər halda o yol mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra idman maşınları ora buraxılıb. Əsas məsuliyyəti mütəxəssislər daşıyır. Çünki yolları onlar yoxlayıblar". Toyuqlu pizza

Mirkazım Kazımov Bakı şəhəri yollarında quraşdırılan lyuklara görə avtomobilini ehtiyyatla idarə etdiyini bildirib:

"Bakıda lyuklar düzgün quraşdırılmadığı üçün mən maşını ehtiyatla sürürəm. Qorxuram ki, altını lyuka vuraram. Əlbəttə ki, bütün bunlar yaxşı hal deyil". 

Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!