Son günlər "Winston" brendinin "XStyle Dual" adlı siqaret məhsulu satış məntəqələrində tapılmır.
"Yeni Sabah" məsələni araşdırmaq üçün Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən satış məntəqələrinə üz tutub.
Belə ki, Nərimanov metrosu ətrafında fəaliyyət göstərən 2 market və 4 köşkdə "XStyle Dual" məhsulu ilə maraqlandıq. Satıcıların hamısı məhsulun hazırda satışda qalmadığını bildirdi. pizza hut
Onların sözlərinə görə, siqaret bir müddətdir tükənib və yeni partiyanın nə vaxt gətiriləcəyi barədə məlumat verilməyib.
Araşdırma zamanı məlum olub ki, təkcə Nərimanov ərazisində deyil, İnşaatçılar və Sahil, İçərişəhər metrostansiyaları istiqamətində yerləşən bir sıra market və köşklərdə də sözügedən məhsulu tapmaq mümkün deyil.
Məhsulun satışdan niyə yoxa çıxması ilə bağlı rəsmi açıqlama yoxdur.
Siqaretin bazarda qıtlaşmasının təchizat problemi, satış strategiyasındakı dəyişiklik və ya qiymət artımı ilə əlaqədar olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, cəmiyyət arasında sözügedən siqaretin qiymətinin yaxın vaxtlarda artırılacağı ilə bağlı iddialar yayılır. Hazırda məhsul 4 manat 60 qəpiyə satılır.
Əsmətxanım Rzazadə

Telegram kanalımız