ABŞ-nin avtomobil istehsalçısı olan "Ford Motor" şirkəti təhlükəsizlik kəməri ilə bağlı nasazlıq səbəbindən Birləşmiş Ştatlarda təxminən 420 000 avtomobili geri çağırır.
"Yeni Sabha" xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasından (NHTSA) məlumat verilib.
Bildirilib ki, geri çağırış 2018-2022-ci illərin buraxılışı olan "Ford Expedition" və "Lincoln Navigator" avtomobillərinə şamil olunur. pizza mizza
Bu maşınlarda sürücü oturacağı və ya ön sərnişin oturacağında təhlükəsizlik kəmərinin dartıcıları sərbəst şəkildə kəməri bloklaya bilər ki, nəticədə onun lazımi şəkildə uzanması və ya geri çəkilməsində problem yaranar. Bu da qəza zamanı xəsarət alma riski deməkdir. Diler mərkəzlərinin əməkdaşları geri çağırılan avtomobilləri yoxlayacaq və nasaz dartıcıları dəyişdirəcəklər.
Xatırladaq ki, "Ford" səhmləri mayın 3-də ilkin alqı-satqı zamanı 0.6% ucuzlaşıb. İlin əvvəlindən bəri şirkətin kapitalizasiyası 23% artaraq, 66.27 milyard dollara çatıb./Oxu.az
Telegram kanalımız