Bakıda 74 yaşlı anasını döyərək qətlə yetirməkdə təqsirli bilinən İslamov Cəmil Ağasəlim oğlu Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.
Təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası hakim Əmir Bayramovun sədrliyi ilə aprel ayının 30-da keçiriləcək. Qeyd edək ki, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib.
Əzməmmədov küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan Allahverən qızı İslamova oğlu tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb. Yaşlı qadın təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Ancaq 74 yaşlı qadın xəsarətləri ağır olduğundan xəstəxanada dünyasını dəyişib. pizza mizza
Qaradağ RPİ-si 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü İslamov Cəmil Ağasəlim oğlu saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı 34 yaşlı oğul anasını yumruqla vurduğunu etiraf edib.
Ölkə.az
Telegram kanalımız