Bakıda sərnişin avtobusu qəzaya uğradı: Ölənlər və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərnişin avtobusu qəzaya uğradı: Ölənlər və yaralananlar var

Hadisə

25 Dekabr 2025 11:25 2417


Paytaxtın Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən hadisə zamanı iki nəfər ölüb.

Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən  verilən məlumata görə, dekabrın 25-də saat 9:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb. pizza

Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb edilib:

"Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və bir uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar. İki nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!