Bakıda yeni inşa olunan metrostansiyadan görüntülər - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni inşa olunan metrostansiyadan görüntülər - Video

Sosial

11 Aprel 2023 00:40 1274


Şərti adı B-04 olan yeni metrostansiyanın inşası sürətlə davam etdirilir.

Yenisabah.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən metrostansiyanın gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır.

Ən üst mərtəbədə kassa zalı və vestibül, üçüncü mərtəbədə isə texniki sahələr yerləşəcək. Burada xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək. Toyuqlu pizza

İkinci mərtəbə keçid üçün nəzərdə tutulub. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.

Stansiyanın platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.

Qeyd edək ki, şərti adı olan B-04 olan metrostansiyası bənövşəyi xətti üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Tikinti işlərinin gələn ilin sonunda yekunlaşdırılması və stansiyanın istifadəyə verilməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!