Bakıdan bu şəhərlərə uçuşlar dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan bu şəhərlərə uçuşlar dayandırıldı

Siyasət

28 Fevral 2026 15:13 627


Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yolları tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Məlumata əsasən, sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər. Dördpendirli pizza

Qeyd edək ki, Naxçıvan istiqaməti üzrə planlaşdırılan reyslər ştat rejimində həyata keçirilir.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!