Bakının bu ərazisində işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində işıq olmayacaq

İqtisadiyyat

01 Dekabr 2025 09:26 642


Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Yeni Sabah"a "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 23 saylı Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri həyata keçiriləcək. Toyuqlu pizza

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsi A. Zeynalov küçəsi 41, 43 və 47 ünvanlarında, eləcə də yaxınlıqda yerləşən avtomobil parkı, su nasosxanası, bəzi ticarət müəsissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!