Bakıya yeni liftlər gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıya yeni liftlər gətirildi

İqtisadiyyat

09 İyul 2019 08:37 1211


Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub.

Hazırda 63 ədəd lift gətirilib və paytaxtın Nizami  rayonunda quraşdırılmasına başlanır. İlin sonuna kimi bütün liftlərin gətirilməsi və quraşdırılması həyata keçiriləcək.  Dominos pizza

Liftlərin birinci hissəsi Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında   quraşdırılmağa başlanılıb.

Həmçinin, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər də dəyişdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!