Bankların “səssiz” fırıldağı –   Müştərilər niyə sonradan xəbər tutur?

saytların hazırlanması

Evə çatdırılma

Bankların “səssiz” fırıldağı – Müştərilər niyə sonradan xəbər tutur?

İqtisadiyyat

26 Sentyabr 2025 16:35 18540


Bank xidmətlərindən istifadə edən müştərilər arasında ən çox narazılıq doğuran məsələlərdən biri müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsidir. Xüsusilə kredit və ya debet kartı əldə edərkən müştəri bankla müqavilə bağlayır, faiz dərəcələri və digər xidmət haqları müqavilədə dəqiq göstərilir. Ancaq bəzi hallarda bank müqavilənin qüvvədə olduğu müddətdə şərtləri xəbərdarlıq etmədən dəyişir ki, bu da müştərilərin hüquqlarının pozulması kimi qiymətləndirilir.

Müştəriyə xəbər verilmədən faizlərin və ya xidmət haqlarının dəyişdirilməsi qanunidirmi?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Əkrəm Həsənov prosesin qanuni tərəfini belə açıqlayıb: pizza mizza

“Banklar müəyyən hallarda xidmət tariflərini dəyişə bilərlər. Bu, sağlam məntiqə əsaslanan normal haldır, çünki bank hesabı üzrə müqavilə 5 və ya daha çox müddətə bağlansa da, tariflərin vaxt aşırı dəyişməsi mümkündür. Bu, bankın ömrünün sonuna qədər eyni şərtlərlə xidmət göstərməsi anlamına gəlmir və banklara qarşı da düzgün yanaşma olmaz.

Lakin vacib məqam odur ki, tarif dəyişikliyi barədə müştəriyə mütləq məlumat verilməlidir. Məlumatlandırma internet saytına baxmaq prinsipi ilə məhdudlaşmamalıdır. Daha doğru yanaşma SMS və ya məktub vasitəsilə rəsmi bildiriş göndərilməsidir. Əks halda, müştərinin məlumatlandırılmaması məhkəmə predmetinə çevrilə bilər”.

Ekspert sözügedən məsələyə Mərkəzi Bankın da qarışmasını tövsiyə edir:

“Bu məsələdə Mərkəzi Bank qabaqcadan düşünərək istehlakçı hüquqlarının müdafiəsi baxımından dəqiq qaydalar müəyyən etməlidir. Tarif dəyişikliyi ilə bağlı məlumat hansı formada və nə qədər müddət əvvəl verilməlidirsə, bu, şəffaf şəkildə göstərilməlidir”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gülnar Eyvazova
    Çalışın uzun müddətli kredit götürməyin məs 48 ay O qədər kredit ödəyirsənki vaxtida itirirsən faizlərin yüksək uzun müddət olmasını demirəm hələ İstifadə edrlər
    8 months ago
  • Niyaz
    Mən təhqir yazmısam? Faktları yazmısam
    8 months ago
  • Niyaz
    Əlimdə olan firildaqların yazıram da leobank unibank ın,lazım olsa vatsapda yazın göndərim. 0503976783
    8 months ago
  • Niyaz
    Salam. Ən fırıldaq AFYOR bank Unibank, leobank dır neçə ildir mənə özləri tələyə salıb məcbur kart veriblər. Fırıldaqları fakt paylaşmısam əlimdə də var,sübut. Lazım olsa 0503976783 vatsapla yazın fırıldaqların göndərim. 3000 AZN veriblər 6000 alıblar hələ 1700 AZN borcun qalıb deyir,köcürulən məbləğin oğurlanması da məndə var
    8 months ago
  • Niyaz
    Göndərdiyim çatdısa mənə hə yoxu bildirəsiniz
    8 months ago
  • Niyaz
    Neçə ildir leobankın mən 1 çi qrup əlilin başına açan oyunlardan yazıram,heç baxan varmı? Vatsapda mənə yazın onların fırıldaqların göndərim,leobank Unibank ikisi əlbirdir. Bu mənim nömrəm 0503976783
    8 months ago
  • Mirəhməd
    Dərc eləməkdən qorxmayın.Bir gün sizində başınıza gələn bilər.
    8 months ago