Baş infeksionistdən yeni salamlaşma təklifi

saytların hazırlanması

Evə çatdırılma

Baş infeksionistdən yeni salamlaşma təklifi

Sağlamlıq

25 Aprel 2020 23:09 1701


“Bir-birinizlə əllə salamlaşmayın. Biz əllə salamlaşmağa vərdiş etmişik. Amma əvvəl əlimizi ürəyimizin üstünə qoyub görüşərdik. Bu, infeksiyalardan da qoruya bilər”.

Yenisabah.az xəbər verir ki, bunu respublikanın baş infeksionisti Cəlal İsayev “Space” kanalında yayınlanan “Sadə həqiqətlər” proqramında deyib.

Baş infeksionist qeyd edib ki, karantindən çıxandan sonra arxayınlaşmaq olmaz. Toyuqlu pizza

“Hər halda, öz tədbirlərimizi görməliyik. Gigiyena qaydalarına daim əməl edək, sosial məsafə saxlayaq. İsti ölkələrdə də bu xəstəlik yayılıb. Virusu gəzdirən insanlar qala bilər. Buna görə də karantin bitdikdən sonra da bu məsələlərə diqqət etmək lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!