Baş nazirdən   QƏRAR: Bu şəxslərin maaşları artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən QƏRAR: Bu şəxslərin maaşları artırıldı

Rəsmi

12 Yanvar 2024 18:36 47318


Baş nazir Əli Əsədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların (DQ) Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı Qərar imzalayıb.

Yenisabah.az xəbər verir ki, Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin. pizza hut

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məhəmməd
    Polislərin maaşı nə zaman qalxacaq o haqqda fikirləşən var heç olmuya???
    2 years ago
  • Qarabag FC
    Polislərin maaşı nə zaman artacaq bəs? Hər şeyin qiyməti bahalaşıb tamma polislərdə maaş olduğu kimi qalıb. Çatdırmaq olmur. Ona görə işdən ayrılanların sayı çoxalıb
    2 years ago
  • Xalid
    Səhiyə işçilərin maşları artırılsin Orta tibb işçilərin maşi 350 manatdi belə haqsizliq olmaz
    2 years ago
  • Elməddin
    Mədəniyyət sahəsinə önəm verin. Ən aşağı maiş Mədəniyyətdi.
    2 years ago
  • Yasin
    Səhiyyə işçilərinin maaşı artırılsın. 365 manat alır tibb işçiləri
    2 years ago
  • Daq
    Polisin ailesi acdir
    2 years ago
  • Arzu
    Müəllimlərin maaşı da artacaq yəqin.Görəsən nə qədər?
    2 years ago
  • Elnur
    rusvet alin ))))))day basqa yolu yoxdu
    2 years ago
  • Rasim ismayılov
    Salam Bəs Məktəbdə işləyən xadimələr və gözətçilərin maaşı qalxacaq??
    2 years ago
  • Elxan
    Salam görəsən "Azərişıq" ASC-nin region şəbəkələrindəki əməkdaşlarının əmək haqları nə vaxt artacaq.
    2 years ago
  • Rüfət
    Salam her kese nolarki azer isiginda maislari artirilsinda yazig fehlele cox eziyyet cekir her is gordururler masallah her is gorurler tikintiden tutmus xadimeyecen ne is istesez gorurler ????????????????
    2 years ago
  • Konul
    Mekteb psixoloqlarininda maaşi artirilsin
    2 years ago
  • Nazir
    Yol işçilərinin əmək haqqıları artacaqmı
    2 years ago
  • Ağa
    Yəqin polisin də maaşları artar nə vaxtsa.
    2 years ago
  • Tural
    Bəs yaxşı bu FHN əməkdaşlarını nə zaman yada salacagsınız? 500-600 manat əmək haqqı indiki dövrdə nəyə çatacaq axı?
    2 years ago
  • Rəsul
    Azərişıq əməkdaşlarının da maaşları artırılsın.
    2 years ago
  • Polis
    Yetim polislər baxarsiz bes 550 manat mayisla özümlə bərabər 5 adama baxıram bune haqsızlıqdır gecə gündüz əziyət çəkən polisdi ey buqeder olmaz allahin lənəti olsun üzərinize sosial nedi düzəlmir heç ki polisin mayisi sistemdə görsənmirdiyene biz sizə sosial ailəyə duzelde bilmirik hər yoldan yolumuz baxlidir and olsun Allaha ən çox haqsızlıq bizdədir
    2 years ago
  • Heydər Əskərov
    Bütün sistem işçilərinin deməy olar ki, hər il maaşları artır 13-14 gəlirlər hesablanır, bu çox yaxşıdır hətda daha çox olmasını arzu edirəm. Mühafizəçilərin maksimum aldığı maaş çoxluq olaraq 300-500azn aralığında əmək haqqıdır.Biz mühafizəçilərində 13-14 əmək haqqları məz olsun, mühafizə vəzifəsi ən aşağılanmış sektor kimi bilinir axı belə haqsızlıqlar olmaz
    2 years ago
  • Heydər Əskərov
    Salam xahiş edirəm, Azərbaycan Respublikası xüsusi Dövlət özəl mühafizə xidməti sahəsinin işçiləri yəni (Mühafizəçilərin)-də əmək haqqlarının artırılsın.
    2 years ago
  • Həsən
    Salam.Abseron logistika mərkəzinin işçilərinin maaşı artacaqmı?
    2 years ago
  • Şahin
    Denizcilerin maşı nevaxt artacaq
    2 years ago
  • Fidan
    Polislerin maası artsın
    2 years ago
  • Rəcəb
    Polislərin maşı haçan qalxacaq bəs?
    2 years ago