Baş nazirin xanımı duz-çörəyi yerə atdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirin xanımı duz-çörəyi yerə atdı - Video

Dünya

19 Avqust 2019 12:07 1025


İsrailin baş naziri Benyamin Netanyahunun xanımı Sara Netanyahu Ukraynanın paytaxtı Kiyevdə rəsmi qarşılanma zamanı təklif olunan duz-çörəyi yerə atıb.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlardan görünür ki, Netanyahu və xanımı təyyarədən enən kimi onları Ukraynanın milli geyimində olan üç qız qarşılayır. Onlar qonaqlara duz-çörək təklif edirlər. Netanyahu çörəkdən bir tikə qoparıb duza batıraraq dişləyir və xanımına verir. Sara Netanyahu çaşqın halda çörəyə baxdıqdan sonra onu yerə atır.

İsrail mətbuatı yazır ki, Netanyahunun xanımı hələ Ukraynaya uçuşdan əvvəl qəzəbli olub. O, təyyarəyə minərkən onu layiqincə qarşılamadığı üçün laynerin komandirini danlayıb. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!