“Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar“

saytların hazırlanması

Evə çatdırılma

“Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar“

Mədəniyyət

30 May 2024 07:49 5862


Xalq artisti Niyaməddin Musayev Əməkdar artist Elza Seyidcahanı müğənni Elnarə Xəlilova ilə dəyişik salmasına münasibət bildirib.

O, "Qaynarinfo"ya açıqlamasında hər kəsin çaşaraq nəyisə unuda biləcəyini qeyd edib:

"Elza Seyidcahan gözəl müğənni və bəstəkardır. Onunla eyni layihələrdə olmuşam. Elza xanım yaxşı təşkilatçıdır. Bu, hər bir adamda olan şeydir, təsadüfdür. Elnarə xanımın adı yadımdan çıxdı. Kim nə yazır-yazsın. Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar. Düşünürəm ki, hər kəs çaşa bilər". pizza

Qeyd edək ki, verilişlərin birində qonaq olan Xalq artisti Niyaməddin Musayev efirdə müğənni Elnarə Xəlilovanın adını unudub və ona Elza Seyidcahan deyə müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!