Belarusla iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilib

saytların hazırlanması

Evə çatdırılma

Belarusla iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilib

İqtisadiyyat

17 Sentyabr 2025 16:53 449


Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Yenisabah.az xəbər verir ki, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belarus Respublikasının sənaye nazirinin müavini Denis Bakeylə görüşüb. 

Görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdiyi vurğulanıb, iqtisadi əlaqələrin perspektiv istiqamətləri barədə müzakirə aparılıb. Azərbaycanla Belarus arasında iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi, sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. pizza hut

Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!