Benyamin Netanyahuya nə olub? -   İran öldüyünü iddia edir

saytların hazırlanması

Evə çatdırılma

Benyamin Netanyahuya nə olub? - İran öldüyünü iddia edir

Dünya

10 Mart 2026 15:11 8250


İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə gün sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, fevralın 28-də İrana qarşı müharibə başlayandan sonra o, demək olar ki hər gün videomüraciətlər paylaşıb, tədbirlərə qatılıb.

Lakin son üç gündə B.Netanyahu bunların heç birini etməyib. Dominos pizza

Nəhayət martın 9-da Baş nazir Təcili Yardım Mərkəzinə baş çəkib. Bununla bağlı məlumat isə bu gün yayılıb.

Burada etdiyi çıxışda o bildirib ki, İrandakı rejimi devirmək İran xalqının əlindədir:

“Nəticədə bu onlardan asılıdır. Amma şübhə yoxdur ki, indiyə kimi atılan addımlarla onların “sümüklərini sındırırıq” və işimiz hələ bitməyib”, - Netanyahu İran hakimiyyətini nəzərdə tutaraq bildirib.

Hökumət başçısı İsrailin dünyada tutduğu mövqedə böyük bir dəyişikliyin meydana gəldiyini əlavə edib.

Eyni zamanda, Baş nazir qeyd edib ki, əgər İsrail İran xalqı ilə birlikdə uğur qazana bilsə, fundamental dəyişikliklər olacaq.

Qeyd edək ki, İran mətbuatı Benyamin Netanyahunun İranın hava zərbələri nəticəsində ölməsi barədə xəbərlər yayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!