Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.
Belə ki, 09-BX-278 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını 90-RM-177 nömrə nişanlı “VAZ 21015” markalı maşınla toqquşub. Sezar pizza
Nəticədə “VAZ 21015”in sürücüsü, 40 yaşlı Abdullayev Musviq Mikayıl oğlu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb. /APA
Telegram kanalımız