Beşiktaşlı ulduzdan ayrılıq qərarı: “Mənə klub tapın“

saytların hazırlanması

Evə çatdırılma

Beşiktaşlı ulduzdan ayrılıq qərarı: “Mənə klub tapın“

İdman

29 İyul 2025 17:37 462


Beşiktaşda yeni mövsüm öncəsi gözlənilməz ayrılıq xəbəri gəlib.

Yenisabah.az xəbər verir ki, komandanın tanınmış futbolçusu Valentin Rosier rəhbərliyə ayrılmaq istədiyini bildirib.

Türkiyə mətbuatında yer alan məlumata görə, Rosier klub rəhbərliyinə “Mənə yeni klub tapın” mesajı göndərib. Müdafiəçi artıq "qara-ağlar"ın planlarında yer almaq istəmədiyini açıq şəkildə ifadə edib. pizza hut

Rosierin bu qərarı komandada yeni mövsüm üçün qurulan heyət planlamasına da təsir edib. Beşiktaş rəhbərliyinin futbolçunun bu istəyinə müsbət yanaşdığı və ona uyğun təkliflərin qiymətləndiriləcəyi bildirilir.

Xatırladaq ki, Valentin Rosier 2020-ci ildən Beşiktaşda çıxış edir. Performansı ilə bir müddət azarkeşlərin rəğbətini qazanan futbolçu son mövsümlərdə gözləntiləri tam olaraq qarşılamayıb.

Klubun yaxın günlərdə Rosierin taleyi ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!