Xəbər verdiyimiz kimi, “Səbail”in Avro liqanın 1-ci təsnifat mərhələsindəki rəqibi artıq müəyyənləşib. Belə ki, “dənizçilər” iyulun 11-də Rumıniyanın “Krayova” komandası ilə qarşılaşacaq.
“Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev “Yeni Sabah”a açıqlamasında rəqibi analiz edib. O, bildirib ki, səbətdəki ən çətin rəqib məhz onlara düşüb:
“Orda daha zəif rəqiblər vardı, amma bizim bəxtimizdən ən güclü rəqib elə bizə düşdü. Bu səbətdə olan rəqiblərdən ən güclüsüdür, demək olar. Çox yaxşı komandadır, ona görə də bizə çətin olacaq. Futbolda hər şey olur, bizə qalan yaxşı oyun göstərməkdir. Nə qədər güclü olsalar da, mərhələni keçməyə ümidimiz var. Yaxşı hazırlaşıb bu komandanı keçməyə çalışacağıq”. Pepperoni pizza
Naibə Məmmədova
Telegram kanalımız