Beyləqanda dəhşətli yol qəzası, ölü və yaralı var

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda dəhşətli yol qəzası, ölü və yaralı var

Kriminal

09 May 2019 13:38 1325


Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonunun Gödəklər kəndi ərazisində olub.

“Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi traktora, sonra isə KamAZ markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilində sərnişin olan Xəlil Ağayevhadisə yerində ölüb. Sürücü və digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!