Ramazan Herayev Qazaxıstanda tutularaq Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Ramazan Herayev Qazaxıstanda tutularaq Azərbaycana gətirildi

Hadisə

25 Dekabr 2025 17:37 402


Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Qazaxıstan Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Herayev Ramazan Məhəməliyeviçin ekstradisiyası haqqında qərar qəbul olunub.

Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Dördpendirli pizza

Ramazan Herayev Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!