“Bəzi səfirliklərin fəaliyyəti gözə görünmür“ - Asim Mollazadə

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi səfirliklərin fəaliyyəti gözə görünmür“ - Asim Mollazadə

Siyasət

19 Aprel 2019 22:08 825


"Azərbaycanın bəzi səfirliklərinin fəaliyyəti ümumiyyətlə gözə görünmür".

Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Qeyd edək ki, Hesablama Palatasının ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının Çexiya və Ukrayna səfirliklərində bəzi nöqsanların aşkarlanması xaricdəki səfirliklərimizin fəaliyyətini yenidən gündəmə gətirib. 2018-ci ilə büdcə qanunvericiliyini Çexiyadakı səfirliyimiz altı dəfə, Ukraynadakı isə iki dəfə pozub. pizza sifarişi

Onun sözlərinə görə, Hesablama Palatası hansısa maliyyə nöqsanları aşkar edibsə, müvafiq orqanlara öz hesabatını verməlidir: 

"Təbii ki, bu hesabat haqqında Azərbaycan parlamentinə də məlumat veriləcək. Ondan sonra müvafiq pozuntuların nəticələri ilə bağlı müvafiq qərarlar həyata keçirilməlidir".

Millət vəkili qeyd edib ki, Azərbaycanın xaricdəki bütün səfirliklərinin fəaliyyətini birmənalı qiymətləndirmək olmaz: "Bizim elə səfirliklər var ki, gənc Azərbaycan diplomatları oralarda dövlətimizin maraqlarını çox uğurla müdafiə edirlər. Bəzi səfirliklərin fəaliyyəti ümumiyyətlə gözə görünmür. Ona görə də hamıya birmənalı qiymət vermək düzgün olmaz”.

Yeniavaz.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!