Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç yenidən İngiltərədə işləyəcək.
"Yeni Sabah" xəbər verir ki, 50 yaşlı mütəxəssis Çempionşip təmsilçisi "Vest Bromviç"in sükanı arxasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb. Xorvatiyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Biliç daha əvvəl İngiltərə Premyer Liqasında "Vest Hem"i çalışdırıb. O, müxtəlif illərdə Moskva "Lokomotiv"i, "Beşiktaş" və Səudiyyə Ərəbistanının "Əl-İttihad" klublarına da başçılıq edib. Pepperoni pizza
Telegram kanalımız