Xəbər verdiyimiz kimi, "Binə” Ticarət Mərkəzində sahibkarlardan alınan verginin məbləğini artırıb.
“Yeni Sabah” xəbər verir ki, "Binə” ticarət mərkəzinin direktoru Dilşad Əmirova Unikal.org-a açıqlamasında bildirib ki, verginin məbləği Vergilər Nazirliyi tərəfindən artırılıb: "Vergi dərəcələrini bazar tənzimləmir. Bu işləri nazirlik edir və onlar tərəfndən də sahibkarların ödədiyi verginin məbləği artırılıb”.
D. Əmirova sahibkarların vəziyyətinin getdikcə pisləşdiyini və artıq bir neçə ticarət obyektinin bağlandığını da sözlərinə əlavə edib. pizza
Qeyd edək ki, "Binə” Ticarət Mərkəzində 4000-ə yaxın mağaza fəaliyyət göstərir.
Telegram kanalımız