“Bir mahnıma hit olacaq demişəmsə, olub” – Şəbnəm Tovuzlu

saytların hazırlanması

Evə çatdırılma

“Bir mahnıma hit olacaq demişəmsə, olub” – Şəbnəm Tovuzlu

Şou

13 İyul 2019 09:36 1837


Müğənni Şəbnəm Tovuzlu yenə iddialı sözlərlə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, ifaçı “Mən hələ ölməmişəm” klipini “Instagram” hesabında paylaşaraq seçdiyi hər mahnının hitə çevrildiyini yazıb:

“Mənim hisslərim məni aldatmayıb bu günə qədər. Seçdiyim və əmin olduğum bir mahnıma “sevilib, hit olacaq" demişəmsə, olub. 13 ildir oxuyuram. Bu illərdə ən çox hitə çevrilmiş mahnılarımın sayı 7 oldu. Bu mahnılar hər kəs tərəfindən sevildi”.

Müğənni izləyicilərinə təşəkkür etməyi də unutmayıb:

“Mən ən başda məni sevən izləyicilərimə sonsuz təşəkkürümü  bildirirəm. Mahnının sevilməyini ən çox o zaman bilirəm ki, getdiyim yerdə, maşınlarda, məkanlarda eşidirəmsə, demək ki, o mahnı sevildi. Və mən də mahnımı çıxan gün hər yerdə eşidirəm”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!