Bir neçə cinayət törədən kişi tutulub

saytların hazırlanması

Evə çatdırılma

Bir neçə cinayət törədən kişi tutulub

Kriminal

08 May 2019 12:16 1130


Qubada əcnəbi vətəndaşa qarşı soyğunçuluq edərək, içərisində xeyli miqdarda pul, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə ələ keçirərək ağır cinayət törədən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 54 yaşlı Rauf Tahirov saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, saxlanılan zaman R.Tahirovun üzərinə keçirilən baxış zamanı onun əynindəki gödəkcənin cibindən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Sezar pizza

Rauf Tahirovun ətrafında aparılan araşdırmalar nəticəsində onun cari ilin mart ayında Elşad Babayevə məxsus fərdi yaşayış evindən də oğurluq etdiyi məlum olub.

Faktlarla əlaqədar R.Tahirov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!