Bir qrup mədəniyyət xadiminə Prezident təqaüdü veriləcək - Sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Bir qrup mədəniyyət xadiminə Prezident təqaüdü veriləcək - Sərəncam

Mədəniyyət

09 May 2024 11:28 3774


İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: Dominos pizza

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Eldarov Ömər Həsən oğlu

Əliyeva Böyük Xanım Həsənbala qızı

Həşimzadə Xanlar Allahverdi oğlu

İsrafilov Fərhad Ramazan oğlu

Məlikov Aqil Qədəşbala oğlu

Məmmədəliyeva Sevda Yusuf qızı

Mustafayeva Laləzar Bəşir qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!