Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqləndi

Siyasət

28 Fevral 2026 18:03 622


"Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Qeyd olunub ki, şuranın növbəti iclası çərçivəsində məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. pizza hut

Həmçinin Azərbaycan Hakimlərinin II Forumu və forum çərçivəsində keçirilmiş panel müzakirələrin, "Rəqəmsallaşma və süni intellektin tətbiqi" panelindəki mövzuların əhəmiyyəti və bu sahədə qarşıda duran hədəflər diqqətə çatdırılıb.

Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış "Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat, "Azərbaycan Respublikasının məhkəmələrində monitorinqlərin aparılması qaydaları" və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş "Hakimlərin Etik Davranış Kodeksi" layihəsi müzakirə edilib.

Bundan əlavə, gündəliyə uyğun olaraq, Hakimlərin Seçki Komitəsinə və Hakimlərin Qiymətləndirilməsi Komitəsinə üzvlər seçilib.

Daha sonra intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!