“Birkart”larla bağlı mühüm dəyişiklik - Oktyabrın 1-dən qüvvəyə minib

saytların hazırlanması

Evə çatdırılma

“Birkart”larla bağlı mühüm dəyişiklik - Oktyabrın 1-dən qüvvəyə minib

İqtisadiyyat

07 Oktyabr 2025 08:02 666


"Birkart Bank Olmayan Kredit Təşkilatı"nın adı dəyişdirilib.

"Yeni Sabah" xəbər verir ki, təşkilat bundan sonra "Bir Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC adlanacaq.

Qərar oktyabrın 1-dən qüvvəyə minib. Pepperoni pizza

"Bir Kredit Bank Olmayan Kredit Təşkilatı"  MMC-nin nizamnamə kapitalı 99 835 580 manatdır. Qanuni təmsilçisi isə Tural Naib oğlu Məmmədlidir.

Ad dəyişikliyinə baxmayaraq təşkilatın hüquqi ünvanı dəyişməyib və əvvəlki kimi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153, "Port Baku Tover"də yerləşir.

Qeyd edək ki, "Bir Kredit Bank Olmayan Kredit Təşkilatı" 2018-ci ildə yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!