"Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə son görüşündə səsləndirdiyi fikirlər mədəniyyət sahəsində islahatları sistemli şəkildə görmək istədiyinin bariz nümunəsi idi. Görüşündən sonra yerlərdə də proseslər başlanıb”.
“Yeni Sabah” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, mədəniyyət sahəsində son illər islahatlar davam edir: "Ölkə başçısı bu sistemin yeni formatda olmasını istəyir. Son iki ildə kifayət qədər ekspremental da olsa vacib işlərin görülməsinə nail olunub. İslahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması ilə bağlı deyil. Kim bu düşüncədədirsə yanlış düşünür”. pizza sifarişi
Ə.Qarayev qeyd edib ki, islahatlar bundan sonra da davam etdiriləcək: “ Görüşlər prezidentin yaradıcılıq prosesinin dayandırılmaması istiqamətində töfhəsidir. Bu gün demək olar ki, bütün teatrlar bərpa olunub. Hesab edirəm ki , bəzi qanunlara əsaslanan, mövcud olan sistem daha müasir şəkildə qurulmalıdır. Bundan ötrü bizə ciddi tapşırıq verilib. Prezidentin görüşündən sonra yerlərdə də proseslər başlanıb. Təkcə nazirliyə deyil, digər səlahiyyətləri daşıyan dövlət qurumlarına verilib. Prezident mədəniyyət mövzusuna ictimaiyyətin diqqətini cəlb etməyə nail olub”.
Günay Rəsulqızı
Telegram kanalımız