Vəhşicəsinə öldürülən Əminə Buludun qardaşı edam tələb edib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, 10 yaşındakı qızının gözləri önündə keçmiş həyat yoldaşı Fədai Baran tərəfindən boğazı kəsilən Əminə Buludun qardaşı Kazım Bulud dövlət rəsmilərindən qatilin edam olunmasını istəyib.
Onun sözlərinə görə, belə qatillər həbs cəzası alsalar belə, əfdən yararlanıb 3-5 il sonra həbsdən çıxırlar: Marqarita pizza
"Belə şərəfsizlərə edam cəzası verilməlidir".
Gözüyaşlı qardaş bildirib ki, qatil bacısını qətlə yetirdikdən sonra atasına zəng edərək onu da öldürməklə hədələyib.
Qeyd edək ki, F.Baran cinayəti törətdikdən yarım saat sonra yaxalanıb.

Sabrina
Telegram kanalımız