Boşqabınızdakı rənglərə diqqət edin: Sirr orada gizlənir...

saytların hazırlanması

Evə çatdırılma

Boşqabınızdakı rənglərə diqqət edin: Sirr orada gizlənir...

Sağlamlıq

09 Yanvar 2024 13:37 1657


Sağlam qidalanma sağlam həyatın əsas formullarından biridir. İmmunitet sistemini dəstəkləmək üçün “Aralıq dənizi tipli” pəhrizə diqqət yetirilir. 

Yenisabah.az xəbər verir ki, boşqabınızdakı rənglər də bu məsələdə mühüm rol oynayır. Çünki güclü immun sisteminin sirrlərindən biri də məhz rəngli qidalanmadır. Türkiyəli dietoloq Sena Pekşen "Aralıq dənizi tipli” qidalanma barədə açıqlamasında bu haqda danışıb: 

“Rəngli qidalanma mikrobiota müxtəlifliyini artırır, probiotik bakteriyaları təmin edir və immun sisteminin nizamlı işləməsini dəstəkləyir. Rəngarəng və müxtəlif qidalardan istifadə etmək güclü immun sisteminin qurulmasında mühüm addımlardan biridir. Qrip, soyuqdəymə, yüksək hərarət, boğaz ağrısı və baş ağrısı kimi bir çox xəstəliklə mübarizə aparmaq üçün güclü immunitetə sahib olmaq vacibdir. İmmunitet sistemini qidalanma, idman və yuxu keyfiyyətinə fikir verməklə gücləndirmək olar”.  pizza mizza

Dietoloq “Aralıq dənizi tipli” qidalanmanın immunitet sisteminə müsbət təsir göstərə biləcəyini vurğulayıb. 

Qeyd edək ki, Aralıq dənizi pəhrizinin əsasını daha çox tərəvəz və zeytun yağından istifadə etmək təşkil edir.

Onun əsas maddələrinə bütün taxıllar, tərəvəzlər, meyvələr, dəniz məhsulları, fındıq və qoz kimi paxlalılar və zeytun yağı daxildir. 

Ət olaraq ağ ət və ya hinduşka ətinin seçildiyi bu pəhriz növündə qırmızı ət üstünlük təşkil etmir. Bundan əlavə, yumurta, pendir və süd məhsulları da normal miqdarda qəbul edilir.

Əksər pəhrizlərdə olduğu kimi “Aralıq dənizi” pəhrizində heç bir məhdudiyyət yoxdur. Bu pəhriz kalorilərin məhdudlaşdırılmasından daha çox sağlam qidalanma və ürək sağlamlığının yaxşılaşdırılmasına diqqət yetirir.

 Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!