Bu bitkinin çayı qaraciyər serrozuna qalib gəlir

saytların hazırlanması

Evə çatdırılma

Bu bitkinin çayı qaraciyər serrozuna qalib gəlir

Sağlamlıq

30 Aprel 2024 17:52 3154


İtburnu çayı çox faydalı müalicəvi içkidir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.

Soyuq qış aylarında, soyuqdəymə zamanı bu çay bizə çox yaxşı müalicəvi və profilaktik kömək edə bilər.

Yenisabah.az xəbər verir ki, itburnu bir çox vacib vitamin və minerallarla zəngindir. O, tərkibindəki C vitaminin miqdarına görə əsl çempiondur. Fitoterapevt həkimləri itburnunu "təbii vitamin-mineral kompleksi" adlandırırlar. pizza

Çox vaxt qaraciyərin ağrıları olmur, lakin, sağ tərəfinizdə ağrılar hiss edirsinizsə, bununla əlaqədar mütləq ehtiyat tədbiri görmək lazımdır.

Bu orqanın bir gözəl xüsusiyyəti də vardır. Qaraciyərin hüceyrələri diqqətli qayğı görəndə və düzgün pəhrizlərin nəticəsində bərpa olunmağa başlayır.

Qaraciyərin fəaliyyətini yüngülləşdirməyə kömək edən üsullardan biri isə itburnu hesab olunur. O, öd ifrazına kömək edir, öd kisəsinin və qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Bu ən ucuz və sadə resept- qaraciyər sirrozuna qalib gəlir və ödü birdəfədə təmizləyir!

Bunun üçün 2-3 xorək qaşığı itburnuna 0,5 lt. miqdarında qaynar su əlavə etmək lazımdır. Sonra 2 saat saxlayıb, cunadan suyunu süzüb gün ərzində 3 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl qəbul etmək lazımdır.

Onu da qeyd edək ki, bu şirənin effektinin itməməsi üçün, onu 2 gündən çox saxlamaq olmaz.

Bu şirənin tərkibində C vitaminin olmağı orqanizmi ümümi gücləndirir və immuniteti yüksəltməyə kömək edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!