Bu da agentliyin aldığı bir milyonluq çadırlar–   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bu da agentliyin aldığı bir milyonluq çadırlar– Fotolar

İqtisadiyyat

25 İyul 2019 11:05 2215


Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Qurban Bayramı ilə bağlı müvəqqəti çadır və avadınlıqlar alıb. 

Bu məqsədlə 13 iyun 2019-cu il tarixində keçirilən tenderdə  qalib olan “Novotrend” MMC şirkətinə 802 min 624 manat ödəniş olunub.  Məlumata görə, bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30   çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək vətəndaşların ixtiyarına veriləcək.

“Yeni Sabah” xəbər verir ki, artıq həmin çadırlar şəhərin müxtəlif yerlərində qurulub. Agentlik bununla bağlı məlumat və həmçinin həmin “bahalı” çadırların fotolarını paylaşıb. Dominos pizza

Çadırların görüntüləri əvvəldən bəri olan şübhələri doğruldur. Müəyyən bölgələrdə istifadə olunan, toy və yas çadırlarından fərqlənməyən çadırlara 1 milyon manata yaxın pul verilməsi heç də inandırıcı deyil. Qeyd olunan rəqəmlərdən yola çıxsaq, deməli, 30   çadırtipli   kəsim   yerinin hər birinə təxminən 27 min manat vəsait “xərclənib”. 

Ödənişin bu qədər yüksək olması, əksər iqtisadçıların tenderlerin qeyri-şəffaf keçirilməsi ilə bağlı fikirlərini təsdiqləyir. 

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!