Bu əməliyyat olduqca təhlükəlidir - Həkimdən   CİDDİ XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu əməliyyat olduqca təhlükəlidir - Həkimdən CİDDİ XƏBƏRDARLIQ

Sağlamlıq

24 Yanvar 2024 18:34 10144


Son dövrlər xüsusilə qadınlar arasında mədəkiçiltmə əməliyyatlarına maraq xeyli dərəcədə artıb. Bəziləri bu əməliyyatı artıq çəkidən qurtulmaq məqsədi ilə etdirdiyi halda, çoxları estetik görünüş üçün bu prosesdura müraciət edir. Həkimlərin bir çoxu bu əməliyyatın insan səhhətinə ciddi və qalıcı ziyanlar vurduğunu deyir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev mədə əməliyyatının artıq çəkidən qurtulmağa heç bir kömək etmədiyini qeyd edib.

“Hər bir canlının özünəməxsus quruluşu var. Bu quruluşa uyğun formada hormon və sinir sistemi olur. İnsan bədənində onun normal fizioloji proseslərinə, o cümlədən fəaliyyətinə, yeriməsinə və iş görməsinə mane olan hər hansı bir orqanda problem varsa, təbii ki həkimə müraciət edilməlidir. Tutaq ki, burunda çəpər əyriliyi varsa, bu zaman nəfəs alma çətinləşir və bütün orqanlara təsir edir. O ki qaldı mədə kiçiltməsinə, mən bir həkim kimi buna normal baxmıram. Çünki mədənin daha çox böyüməsinin səbəbi düzgün qidalanmama və normadan artıq maye qəbul etməklə bağlıdır. Əgər insan çoxlu yemək yeyirsə, anormal dərəcədə iştahı varsa mədə kiçiltməyin hansı xeyir ola bilər?”. pizza mizza

Aydın Əliyev əslində hər bir insan öz çəkisini normaya sala biləcəyini deyərək, bu cür əməliyyatların sadəcə ciddi fəsadlara səbəb olduğunu bildirib.

“İnsan xüsusi patoloji xəstəlikləri yoxdusa, öz çəkisini istədiyi vaxt normaya sala bilər. Ona görə də beyində həmin iştaha mərkəzi qaldığı halda, mədəni kiçiltməyin heç bir mənası yoxdur. Digər tərəfdən bunun insan sağlamlığına olduqca ciddi fəsadları var”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!